Nail Naiboğlu ilk dəfə həyat yoldaşının ölümündən DANIŞDI - VİDEO

17 Dekabr 2018 10:34
“Dişlərini də onunla birgə basdırdıq” 


ARB TV
-nin “Öz evimizdir” verilişinin növbəti qonağı rejissor Nail Naiboğlu olub.

Bir il öncə həyat yoldaşını itirən rejissor bu haqda ilk dəfə 
 “Öz evimizdir”ə danışıb:

“Bir günün içində baş verdi. Axşam montajda idim, oğlum zəng etdi ki, “ata, evə gəl, anamın halı yaxşı deyil”. Gəlib, gördüm ki, özündə deyil, dodaqları qaralıb. Soruşdum nə olub? Dedi “elə bil məni boğurlar”. Oturdum yanında, İlahəyə yazdım ki, Güləri itirsəm mənə çox çətin olar . Heç bir xəstəliyi yox idi. Biraz artıq çəkisi var idi. Mədəkiçiltmə əməliyyatı etdirəcəkdi. Dişlərinin müalicəsi gedirdi, onu gözləyirdik. Amma müalicə bitmədən dünyasını dəyişdi. Öləndə dişlərini də yanında basdırdıq”.