Taksi sürücüsü özünə müştəri axtarır, avtobus sürücüsü isə saxlamağa yer – Kim kimin yerini zəbt edib? - VİDEO

14 Dekabr 2018 17:34

Paytaxt yollarında nəqliyyat vasitələri bir çox hallarda dayanma-durma qaydalarını kobud şəkildə pozur. Bu da nəticə tıxaclara səbəb olur.

Taksi sürücü: “Gedib orada dayanırsan yer pulu alırlar, şərait yoxdur. Burada da polisi qovur. Park yiyələrə 1manat alır. Pul verməyəndə də əraziyə buraxmır. Polisi çağırıb qovdurur”.

ARB TV xəbər verir ki, 20yanvar dairəsi ərazisində günün istənilən vaxtında tıxac görmək mümküdür.  Səbəb isə burda müxtəlif rayonlara, şəhərətrafı kənd və qəsəbələrə gedən taksilərin yol kənarında qanunsuz parklamalarıdır.

Ərşad Hüseynov - ekspert: “Nəqliyyat vasitələri, yolun kənarında qadağan olunmayan yerlərdə, yalnız bir cərgə ilə dayanmalıdırlar. Körpülərin altında, avtobus dayanacaqlarında, yol ayrıclarında, piyada keçidlərində və bu kimi yerlərdə dayanmaq, durmaq qadağandır. Qanuna əsasən, yalnız xüsusi işarələnmiş, ayrılmış yerlərdə dayanmalıdırlar”.

Taksi sürücüsü özünə müştəri axtarır, avtobus sürücüsü isə saxlamağa yer. Nəticədə iki tərəf arasında əsəblər tarıma çəkilir.

Avtobus sürücüsü: “Dayanacağa nə girmək olur, nə çıxmaq. Hamısı da fərqlənməsi olmayan taksilərdir. Ona görə bu problemlər yaranır”.

Sakin: “Taksilər üçün ayrıca yer ayrılsın, lakin onları birdən-birə burdan kənarlaşdırmaq da düzgün deyil”.

Sakin: “Avtobusların dayandığı istiqamətdə taksilər dayanmamalıdır.Taksinin taksi yeri olmalıdır”.

Avtovağzal dairəsinin yanındakı körpünün altı da demək olar ki, əsl parklanma yerinə çevrilib.   Deyəsən, hələ də “qanun yaranıb pozmaq üçün” fikri ilə yaşayanlar var.

Taksi sürücüsü: “Heç kəs bizə körpünün altında maşın saxlamaq  olmaz deməyib. Qadağandır işarəsi yoxdur”.

Ərşad Hüseynov - ekspert: “Əgər avtobus dayanacağında dayanırlarsa ona görə 40manat cərimə oluna bilərlər. Adi yerlərdə, körpünün alrtında, piyada keçidinin üzərində və s. Yerlərdə dayanıb digərlərinə mane olurlarsa bunun cəriməsi isə 20manatdır”.

Taksilər üçün dayanacaqlara gəldikdə isə, dövlət başçısının bu ilin yazında imzaladığı müvafiq fərmanla bütün avtobus eləcə də taksi dayanacaqları BNA-nın balansına verilib. Adı çəkilən qurumun bu müddətdə məsələ ilə bağlı hansı addımları atdığını öyrənə bilməsək də, şəhərdə təqriqən 10yerəd bu cür taksi dayanacaqlarının olduğunu müşahidə etdik. Hər bir dayanacağın tutumu isə təxminən 10, 20 avtomobil arasında dəyişir. Paytaxtdakı taksilərin sayını təsəvvür etmək üçün yollarda cəmi bir neçə dəqiqə müşahidə aparmaq kifayətdir.