“6-7-ci sinifdə oxuyanda başa düşdüm ki...” - Millət vəkili Elmira Axundova – VİDEO

13 Dekabr 2018 12:04

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları millət vəkili, yazıçı-publisist Elmira Axundova ilə 9 yaşlı nəvəsi Elmir olub.

Uşaqlıq illərindən danışan Elmira xanım maraqlı açıqlamaları ilə diqqət çəkib. O, balerina olmaq arzusunda olduğunu, lakin sonradan gözünün zəifliyi səbəbindən istəyinə nail olmadığını bildirib:

“Balerina olmaq istəyirdim, lakin 6-7-ci sinifdə oxuyanda başa düşdüm ki, məndən güclü balerina olmayacaq”.

Veriliş boyu millət vəkili ilə nəvəsi arasında maraqlı söhbət olub.

Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanır.