“İstədim ki, insanlar görsün” - Səmra açıq-saçıq geyinməsinin səbəbindən DANIŞDI - VİDEO

11 Dekabr 2018 13:01

ARB TV-nin “Show News” verilişininin növbəti müsahibi Azərbaycanı 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli  olub. 

Səmra açıq-saçıq geyindiyi üçün davamlı tənqidlərə məruz qaldığına baxmayaraq insanların bu duruma alışacağına ümid etdiyini bildirib:

“Tərifləri əlbəttə ki, yaxşı qəbul edirəm. Tənqidlərə və təhqirlərə isə fikir vermirəm. Mən bu sənətə gələndə artıq bunlara hazır idim. “Altın Kələbək” mükafat gecəsinə də öz səhnə obrazımla qatıldım. İnsanlar məni belə görməyə artıq alışırlar. Hər işimə ciddi yanaşdığım kimi buna da ciddi yanaşdım. Rəqs, şou, səhnə... İstədim şou göstərim ki, insanlar əsl müğənni səhnədə necə olar onu görsün. Səhnə və şəxsi həyat arasında bir cizgi olmalıdır. Yəni bunlar ayrı-ayrı insanlardır. Demək olar ki, mən bununla mübarizə aparıram”.