“Qızımın toyunda mənə ağır sözlər dedi” – Elariz Rüfətlə əlbəyaxa oldu - VİDEO

10 Dekabr 2018 10:55

ARB TV-nin “Öz evimizdir” verilişinin bu dəfəki buraxılışı mərhum sənətçi Rüfət Mehtiyevə həsr edilib.


Yaxın dostu, müğənni Elariz Məmmədoğlu onunla bağlı xatirələrini bölüşüb:

“Böyük qızımın toyu idi. Evə dedilər ki, toyda Rüfət Mehtiyev oxusun. Zəng edib dedim ki, toyu sən aparacaqsan. Dedi, baş üstə. Mən halallıq güdən insanam. Toyun sonunda bütün musiqiçilərin haqqını verdim. Rüfətə çatanda pul götürmədi. Sənin qızın mənim də balamdır, dedi. Əlbəyaxa olduq, az qaldı dalaşaq. Hətta ağır sözlər də dedi mənə. Qapıdan çıxana kimi düşdüm arxasınca, qaçıb getdi”.