“Yaxşı ki, belə qurtardı”- Abbas küsülü olduğu Röyadan danışdı - VİDEO – FOTO

08 Dekabr 2018 12:38
“Röyanın qolu qırıldısa, mənim də qolum qırıldı”


ARB TV
-nin “Show News” verlişininin növbəti müsahibi əməkdar artist Abbas Bağırov olub.

Əməkdar artist uzun müddət efirdə görünməmə səb
əbindən danışıb: 

“Görünüşümlə bağlı bir az əziyyət çəkdim. Yeni klip, yeni mahnılar 2019-cu ilin yanvarın 1-dən etibarən hamısından xəbərdar olacaqsız”.

Abbas Röya Ayxanla küsülü olmadıqlarından da danışıb: 

“Mən heç kimdən küsməmişəm. Öz işimlə məşğul olan insanam. Röyanın qolu qırıldısa, mənim də qolum qırıldı. Ona bir şey olsa, mənə də bir şey oldu. Mən onu ömür boyu tapa bilməmişəm. “İnstagram”dan danışırıq. O qədər nömrələri var ki, bilmirəm hansı ilə əlaqə saxlayım. Allah ona can sağlığı versin. Yaxşı ki, belə qurtardı. Allah onu bəd nəzərdən qorusun”.