“Görüb ürəyi darıxır, çaxmağı çaxıb” – Alovun ağuşunda qalan oğulun anası – VİDEO – FOTO

07 Dekabr 2018 14:42

Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış baş verib.

ARB TV xəbər verir ki, partlayış nəticəsində evdə olan 2 nəfər xəsarət alıb.

Onlar dərhal Xaçmaz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan 56 yaşlı Qətibə Teymurovaya boyun nahiyyəsinin orta səthinin yanığı, 43 yaşlı David Əlimuradova isə bütün bədənin alov yanığı, şok diaqnozu qoyulub. Vəziyyəti ağır olan David Əlimuradov paytaxt xəstəxanalarından birinə yola salınıb. Qətibə Teymurova isə ambulator yardımdan sonra evə buraxılıb.

Dəstəgül Əlimuradova – Zərərçəkənin anası: “Qaz çoxalıb. Qapını döydüm ki, dur bala, işə getməlisən, növbəyə getməli idi. Durub görüb ürəyi darıxır, çaxmağı çaxıb. Onunla da ev-eşiyib dağılıb gedib. Qapı, pəncərə dağılıb. Güclə çıxdıq ordan”.

Hadisəyə səbəb qaz sızması göstərilir. Partlayışın gücü böyük olduğundan 2 mərtəbəli yaşayış evinə və qonşuluqdakı mənzillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.