Zümrüd ona aşiq olan müğənnidən DANIŞDI: “Məni qısqanırdı, zənglərinə cavab vermirdim” – VİDEO

04 Dekabr 2018 15:26
ARB TV-nin “Öz evimizdir” verilişinin növbəti qonağı Muraq Sadıx olub.


Maraqlı söhbət zamanı gənc ifaçının dostu aparıcı Zümrud Qasımova onunla bağlı maraqlı etiraflar edib:

“Gecə verilişim var idi, Murad hər gecə zəng edirdi danışırdıq. Sonra nömrələrimizi dəyişdik. Hər gün verilişdən öncə və sonra danışırdıq. O vaxt mənə aşiq idi. Mənə görə nə qədər telefon sındırıb. Zənginə cavab vermirdim, əsəbləşib sındırırdı”.

Murad Sadıx da aparıcının sözlərini təsdiq edib:

“Sənə görə 10 dənə telefon sındırmışam. Cavab vermirdi, ya da efirdən mənə salam göndərmirdi. Qısqanırdım. Mən də telefonu sındırırdım. Sonradan münasibətim dostluğa çevrildi”.