Dayanmadan 500 dəfə top çiləyən 9 yaşlı uşaq – VİDEO

30 Noyabr 2018 16:14

ARB Günəş-in “Xəbərdar ol” proqramı bu dəfə Qubada yaşayan 9 yaşlı Əlinin qeyri-adi bacarığını işıqlandırıb.

O, dayanmadan 500 dəfə top çiləyə bilir.

Məktəbli 3 ildir ki, futbolla məşğul olur. 
Balaca idmançı topla müxtəlif tryuklar edir. O, topu nəinki ayaqları ilə, həm də başı ilə çiləyə bilir. Həmçinin yeriyə-yeriyə topa nəzarət etməyi də bacarır. Nəticələrini yaxşılaşdırmaq üçün gün ərzində bir neçə saat məşq edir.

Əli Qubada 9 yaşlı uşaqlardan ibarət futbol komandasında top qovur.