“Heç vaxt yaş mənə mane olmayıb” – 72 yaşı olacaq əməkdar artist – VİDEO

28 Noyabr 2018 11:58

Əməkdar artist Suğra Bağırzadə “ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonağı olub.

Əməkdar artist 8 yaşlı İbrahimlə həmsöhbət olub. İbrahimin “Nə üçün bəzi böyüklər uşaq olmaq istəyir?” sualına Suğra xanım maraqlı cavab verib.

O, buna əsas səbəb kimi insanların yaşlandıqca xarici görünüşünün dəyişməsini göstərib. Bu yaxınlarda 72 yaşını qeyd edəcək sənətkar qocalmaqdan qorxmadığını deyib:

“Xüsusilə qadınlar yaşlanmaqdan çox qorxur. 
Qocalmaq da hər insana nəsib olmur. Amma bunun öz gözəlliyi var. Heç vaxt yaş mənə mane olmayıb”.

Sonda 
Suğra xanım İbrahimə həyatla bağlı öz tövsiyyələrini verib.

“Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanır.