“18 saat işləyirik, 2 dəqiqə siqaret çəkməyək?” – Sükan arxasında tüstülədən sürücü - VİDEO – FOTO

27 Noyabr 2018 16:29

Qadağalara məhəl qoymur, sükan arxasında siqaret çəkir, sərnişinləri zəhərləyir. Sürücülərin sükan arxasında siqaret çəkməsi qadağan ediləndən bəri, belə hallar qismən azalsa da buna məhəl qoymayanlar hələ də var.

ARB TV mələsi ilə bağlı maraqlı süjet hazırlayıblar.

Avtobus idarə edərkən siqaret çəkməyin qadağan olunduğunu bilirsiniz?

Sürücü: “Bəli, bilirəm”.

Bəs, niyə çəkirsiniz?

Sürücü: “Nə bilim, oldu da”.

Sürücü: “Qadağan olduğunu bilirəm. Nə edək? 18
 saat işləyirik, 2 dəqiqə siqaret çəkməyək? Aşağı düşüb çəkə bilmərəm. Oğrular var, pulu apararlar”.

Sərnişindaşıma ilə məşğul olan şəxslərin 17-18 
saat sükan arxasında olması da ayrı bir mövzudur. Özü də kifayət qədər ciddi. Lakin, bu sürücülərə sükan arxasında siqaret çəkməyə əsas vermir.

Sürücü: “Sükan arxasında siqaret çəkənlərə pis baxıram. İnsanları zəhərləyirlər ”.

Sakin: “Sərnişinlər üçün pisdir. İçəridə qoxu olur”.

39 saylı avtobusun dispetçeri: “Bizim sürücülər sükan arxasında siqaret çəkmir. Çəkənlər varsa, müdiriyyətə deyiləcək və tədbir görüləcək. Həmin şəxs işdən azad ediləcək ”.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, ictimai yerlərdə tütün məmulatlarının istifadəni qadağan edən qanun qəbul ediləndən sonra daşıyıcılarla görüş keçirilib və onlara qanunu tələbləri barədə məlumat verilib. Tələblərin yerinə yetiriliməsinə nəzarət mexanizmi isə hələ olmadığı üçün BNA bu istiqamətdə konkret addımlar ata bilmir. Agentlik qadağalara məhəl qoymayan sürücülərlə bağlı yalnız daşıyıcılardan tədbirlər görülməsini tələb edir.

Yəni qanun da var, cəriməsi də, çatışmayan tək şey mədəniyyətdir.