“İndiyədək onlardan pislik görməmişəm” – İşlədiyi evdən oğurluq edən şəxs - VİDEO

27 Noyabr 2018 16:11

Kürdəmir rayonunda evdən 3000 manatlıq məişət avadanlıqları oğurlanıb.

ARB TV xəbər verir ki, 1974-cü il təvəllüdlü Elçin Saday oğlu Səlimov Kürdəmir rayonu, Ə.Abdullayev küçəsi, ev 31 ünvanındakı evin mətbəxindən və yataq otağından 3 000 manat dəyərində məişət avadanlıqlarının naməlum şəxs və ya şəxslərin oğurlaması ilə bağlı rayon polis şöbəsinə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu, Xırdapay kənd sakini, 1982-ci il təvəllüdlü Qabil Kamal oğlu Süleymanovun noyabrın 18-də Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 31 ünvanında yerləşən evə daxil olaraq 1 ədəd “Samsung” markalı soyuducunu, 1 ədəd “Samsung” markalı paltaryuyanı və 1 ədəd “Rotex” markalı televizoru oğurladığı müəyyən edilib.

Həmin şəxs saxlanlıb, oğurladığı əşyalar isə maddi sübut qismində istintaqa təqdim edilib. O, törətdiyi əməldən peşmançılıq çəkdiyini bildirib.


Qabil Süleymanov – Saxlanılan şəxs: “Qapı açıq idi, girdim evə. Soyuducu, televizor, paltaryuyanı götürüb düşdüm aşağı. Qonşulardan da iki nəfər kömək etdi mənə əşyaları maşına qoyduq. Onlara bunların özümün olduğunu dedim. Çox peşmanam. 5, 6 ildir o həyətdə işləyirəm. İndiyədək onlardan pislik görməmişəm. Hamısından üzr istəyirəm”.

Özləri də bilmədən Qabil Süleymanova köməklik etməkdə şü
bhəli bilinən, sürücü- Novruz Baxşıyev və Habil Hüseynov da rayon polis şöbəsinə dəvət ediliblər. 

Faktla bağlı Kürdəmir rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.