“Gedəndən sonra lap konkret gördük ki, ayıdır”: Qonur ayını ovyanalar saxlanıldı - VİDEO

26 Noyabr 2018 15:20
Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə “Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

ARB TV xəbər verir ki, faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib.

Onlardan 4 ədəd “İJ” və 1ədəd “lavrona” markalı ov tüfəngi götürülüb və ayının  dərisi aşkarlanıb”.

Saxlanılan şəxs: “Hadisə belə baş verdi ki, biz hələ bərəyə gedirdik. Meşənin içində gördük keçir, biz də vurduq. Gedəndən sonra lap konkret gördük ki, ayıdır. Dərisin soyduq, ətini istifadə etmədik”.

Salnaılan şəxs: “Günahsız bir heyvanı ovladığımıza görə çox peşmanam”.

Saxlanılan şəxs: “Bilmirdim, hərəkətimə görə peşmanam. Ovlayandan sonra dərisini də qorxudan gizlətdik”.