Marketdən oğurluq edənlər saxlanıldı - VİDEO

24 Noyabr 2018 13:27

Xətai Rayon Polids İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

ARB TV xəbər verir ki, əməliyyat nəticəsində NZS qəsəbəsində yerləşən marketlərin birinin kassasından 95 manatı soyğunçluqla ələ keçirən dəstənin daha bir üzvü saxlanılıb. Məlum olub ki, həmin şəxs Hacıqabul rayon sakini Vüsal Tağıyevdir.

Vüsal Tağıyev – saxlanılan  şəxs: “Tanış uşaq var idi, onunla dispanserin qarşısında rastlaşdıq. Mağazaya siqaret almaq məqsədi ilə girdik, yiyəsi olmadığını gördük. Əlini atdı karopkadan 95 manat götürdü. Yiyəsi gördüyünə görə. Çölə çıxanda mənə dedi, qaç. Mən də qorxudan məcbur olub qaçdım”.