Şou biznesin ən varlısı KİMDİR? - ÖZLƏRİ AÇIQLADILAR - VİDEO

24 Noyabr 2018 13:26

ARB TV-nin “Show News” verilişinin növbəti buraxılışında yerli məşhurlar arasında “Şou biznesin ən varlı nümayəndəsi kimdir?” sorğusunu keçirib. 

Maraqlı cavabları ilə diqqət çəkən şou əhlindən kimisi ad çəkərək, kimisi özünü, kimisi də mənəviyyatını zəngin dəyərləndirib:

Rəqqasə Fatimə Fələliyeva: 
“Pul olaraq da insan olaraq da Rüfət Axundovu alqışlayıram. Zəhmətkeş insandır. Daxildən özüm varlıyam, amma özümü oliqarx siyahısında görmürəm”.

Müğənni Samir Piriyev: “Kimin nəyi var özünə qismət. Ayıb olar ad çəksəm. Bir onu bilirəm ki, ən kasıbı mənəm”.

Müğənni Nadir Qafarzadə: “Maşallah hamısı normaldır. Kim çox ağlıyırsa, bil ki, o varlıdır. Göz qaytarırlar. Mənim nəyim var odur”.

Müğənni Xatun:“Şou biznesdə ümumiyyətlə elə adam yoxdur. Yazıqlar qazandıqlarını elə maşına verirlər ki, harasa gedəndə özlərinə görə hörmət etməsələr də, maşınlarına görə etsinlər. Ən zəngin, bahalı həyat yaşayan sənətkar Zeynəb Xanlarovadır. Mən fikirləşirəm ki, o, çox varlıdır”.

Daha ətraflı sözügedən sujetdən izləyə bilərsiniz: