Sürücülərin NƏZƏRİNƏ! Yağışlı havalarda bunlara DİQQƏT EDİN! - VİDEO

23 Noyabr 2018 12:09
Yağışlı havaların yaşandığı bu günlərdə yollarda avtomobillərin qəza vəziyyəti yaratdığı üçün olduqca təhlükəlidir.  Həm sürücülər, həm piayadalar bu cür havalarda ehtiyyatdı olmalıdırlar.


ARB TV əməkdaşları yağışlı günlərdə aktual olan bu mövzu ilə bağlı maraqlı süjet hazırlayıblar.

Sürücü: “Sürücülər də, payadalar da diqqətli olmalıdır ki, hadisə baş verməsin”.

Sürücü: “Sürücü sükan arxasında diqqətli olmalıdır”.

Yağışlı havalarda yollarda bir çox problemlər yaşanır. Təlimçi ilə birgə yollarda yaşanan problemləri müşahidə etdik.

Salih Quliyev – təlimçi: “İntensiv yağışla əlaqədar yolu görmək çətinləşir. Adətən qaranlıq vaxtlarda asvalt qara, insanlar da qara geyimdə olduğu üçün yağışlı havalarda ümimiyyətlə görünmürlər. Əyləci ani basmaqla arxadakı avtomobilə vurub, qəza törədə bilərlər. Avtomobilin texniki göstəricilərinə nəzarət etmək məsləhətdir”.

Bəs, ötmə əməliyyatlarında hansı problemlər yaşana bilər?

“Tutaq ki, mən qarşıdakı nəqliyyat vasitəsini ötmək istəyirəm. Bu zaman güzgülər parlıdır, heçnə görmürəm, “pənah Allaha” deyib, ani manevr edərək qarşıdakı maşını keçmək istəyirəm. Bu da arxadakı avtomobillərə çətinlik yaradır. Belə havalarda çətinlik ən çox döngələrdə olur. Sürücülər adətən belə havalarda sükanı sərt burub sürüşməyə səbəb olurlar. Qabaqtəkərçəkərlə arxatəkərçəkərin döngələrə reaksiyası fərqlidir. Bu da yağılı havalarda özünü daha çox biruzə verir”.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlər Yol Polis İdarəsi də yağışlı havalarda sürücülərə sürət  həddini aşmamağı tövsiyyə edir. Və daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etməyə çağırır.