“Həyat yoldaşınızın şəkilini paylaşmayın” – Ədalət Şükürov – VİDEO

21 Noyabr 2018 11:22
ARB TV-nin “Pəncərə” proqramının növbəti qonağı əməkdar artist Ədalət Şükürov olub.

Əməkdar artist ailə üzvlərinin şəkillərini sosial şəbəkədə paylaşılmasına qarşı olduğunu bildirib:


“Hər insanın öz şəxsi işidi. 
Mən deyə bilmərəm ki, niyə bu şəkli paylaşmısan? Mən özümdən danışıram. Böyüdüyüm ailədə hər şey ciddi idi. Ancaq yaxın dostlara ata bilərəm. Mən istəmərəm ki, tanımadığım bir adam ailə üzvlərim haqqında nəsə rəy yazsın. Mənim nə oğlum, nə qızım, nə də həyat yoldaşım rəy yazmırlar. Ancaq yaxın adamlar yaza bilərlər. Çalışın öz övladlarınızın, həyat yoldaşınızın şəklini paylaşmayın”.