“Uşaq vaxtı mənə “kukla” deyirdilər” - Gülnarə Xəlilova - VİDEO

20 Noyabr 2018 11:51
ARB Günəş-in “Mən məktəbli ikən” layihəsinin növbəti qonağı tanınmış modelyer-dizayner Gülnarə Xəlilova olub.


Modelyer uşaqlıq xatirələrindən ağız dolusu danışıb:

“Baxçada məni “kukla” deyə çağırırdılar. “Yeni il” tədbirlərində “qar qız” mən olurdum. Həmin tədbirlərdən çəkilən fotolarımın arxa üzündə də öz adımın əvəzinə“kukla” yazırdılar”.

Gülnarə Xəlilova modelyerliyə uşaq yaşlarından həvəsin olduğunu deyib: 

“Uzun illərdir ki, modeylerlik peşəsi gündəmdədir. Amma bu sənət istedad və həvəs tələb edir. Bu peşə dəbdə, gündəmdə olduğu üçün yox, istedad, bacararıq varsa, yiyələnmək lazımdır” .

Qeyd edək ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanır.