“Şərait qurmaq üçün milyonçu olmaq lazım deyil” - Əməkdar artist - VİDEO

19 Noyabr 2018 16:23
ARB Günəş-in “Kiçikdən-böyüyə” layihəsinin növbəti qonağı tanınmış aktyor, əməkdar artist Mirzə Ağabəyli və 7 yaşlı nəvəsi Anar olub.


Nəvəsi Anarın “Filmdəki kimi, həyatda da milyonçu olmaq istərdinmi?” sualını aktyorun cavabı belə olub:

“Kino başqa, həyat başqadır. Biz obraz yaradırıq. Filmdə mən milyonçu rolunu oynamışam. Həyatda isə insanın öz şəraitini qurması üçün milyonçu yox, bir qədər maddi imkanının olması yetərlidir”.

Qeyd edək ki, “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanır.