Stadionu satıldığı deyilən orta məktəbin direktoru DANIŞDI - VİDEO

14 Noyabr 2018 12:20
Son günlər xəbər portallarında Masallıda orta məktəbin stadionunun satışa çıxarıldığı və hətta, artıq alıcısının da tapıldığı yazılır.


ARB TV xəbər verir ki, bu barədə Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir.

İddiaya görə, stadionu Bələdiyyə sədri Müşfiq Ağayev satıb. 0
,5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.

Bələdiyyə sədri Müşfiq Ağayev mövzuya münasibət bildirərək qeyd edib ki, stadionun satılması ilə bağlı internetdə yayılan məlmatlar şər və böhtandır. Satılan torpaq məktəbin deyil, bələdiyyənin balansında olub. Bunu təsdiq edən sənədlər var.

Məsələ ilə bağlı ARB TV-yə açıqlama verən Qəriblər Kənd Orta məktəbin direktoru Şərafət Əliyev də yayılan məlumatın yalan olduğunu bildirib:

“Son günlər məktəbin stadionunun satılması ilə bağlı internetdə yayılan məlumatlar təmamilə yalandır. Həmin stadion məktəbin ərazisi ilə yaxınlığda yerləşsə də, məktəbin və Təhsil Nazirliyinin balansında deyil, kənd bələdiyyəsinin ərazisinə daxildir”.