“Mən də istəyərəm gedim görüm, necə bir şeydir?” - Psixoloqa gedənə DƏLİ KİMİ BAXIRLAR - VİDEO

07 Noyabr 2018 16:39

ARB TV-nin “Günə doğru” proqramı “Psixoloqa getmək ayıbdırmı?”  mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.


Sakin: “Psixoloqa gedənə  dəli kimi, qüsürlu kimi, baxırlar.  Mən istəyərəm biri getsin, mən də gedim görüm, necə bir şeydir”?

 

Bilmədiyi bir şey haqqında fikir yürüdənlər çox olduğunda yanlış anlamalar da çox olur. Elə bu yanlış anlamalara görə psixoloqa ehtiyac duyanlar, yardım almaqdan çəkinir.

Sakin: “Yaşadığımız mühit bir az pis baxır, hələ ki biz maariflənməmişik. İnsanda çatışmazlıq kimi qəbul edirlər. Psixoloqa ehtiyac var”.

 

Sakin: “Öz ehtiyacımı özüm ödəyirəm də psixoloqa ehtiyac yoxdur . Ehtiyac olsa gedərəm”.

 

Sakin: “Müraciət eleməmişik. Adi hal kimi baxmırıq, biz çalışmışıq öz problemimizi özümüz həll edək. Danışmağı utanc bilmişik.

 

Təki problem olmasın, özümüz həll də edə bilək. Əgər ağlıyır, gülür, üzülür, özümüzə qapanır, depresiyaya düşürüksə deməli belə bir problemin reallığını da qəbul etməliyik. Ondan əvvəl isə pisixoloqla psixiatrı bir-birindən ayırmağı bacarmalıyıq.

 

Nigar Sadıqova - Kilinik Psixoloq: “Psixoloqa müraciət etmək üçün xəstə olmağı gözləmək lazım deyil. Psixoloqun  öz terapiya növləri var. Pasentin sirrini psixoloqun ixtiyarı yoxdur hardasa danışmağa  o, psixoloq qanun qarşısında məsuliyyət daşıyır.  Psixiatr həkimdir . Medicantos  dərmanlarla müalicə edir. Psixoloqun isə resept yazmaq ixtiyarı yoxdur.

 

Amma iş işdən keçəndə, onun bunun nə deyəcəyindən ehtiyat edərək vaxtında üz tutmadığınız psixoloqlar belə xəstəyə kömək edə bilmirlər. İş olur psixiatrlıq.

 

Faiq Əliyev - Həkim psixiatr: Biz psixoloqlarla bir yerdə işləyirik . Bəzən bizə aid olan xəstələr psixoloqa müraciət edirlər. Müəyyən olur ki , stressdir, depresiyadır, ailə münaqişələridir ,uşaqların düzgün tərbiyyə olunmamasıdır. Müəyyən xəstəlik kəskinləşməsinə gətirib çıxarır və  bizə bu halla müraciət edirlər.

 

Əgər yaşayırıqsa,  ruh halımızı dəyişən hadisələr, insanlar mütləq olacaq. Əsas məsələ baş verən hadisələrdən ən az zərərlə, itkimiz olmadan çıxa bilməkdi. İtirməkdən qorxduğumuz ən önəmli şey sağlamlığımız, xüsusi ilə ağlımızdır.  Ağlımızı başımıza toplayıb başqalarını özümüzdən çox fikirləşməməliyik.