“Hələ çatmayıb ki, bu nədən ötəridir” - Yolda ölməmək üçün MÜTLƏQDİR - VİDEO

07 Noyabr 2018 16:33
Sakinlər piyada zolaqlarından demək olar ki, istifadə etmirlər, ya da piyada zolaqlarından düzgün istifadə qaydalarını bilmirlər. Telefonla danışaraq sağa, sola baxmadan yol keçən kim, yanlarında uşaqla avtomobillərə fikir vermədən keçənkameranı görüb piyada zolağı yadına düşən kim…


ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Piyadalar bu qayda pozuntusu ilə nəinki özlərinin, eyni zamanda sürücülərin və ətrafdakı digər insanların həyatı üçün də təhlükə yaratmış olurlar.

Sürücü: “Piyada keçidindən keçəndə maşınlar istər-istəməz saxlayıb onlara yol verməlidir. Hələ bizim insanlara o tam çatmayıb ki, piyada keçidi nədən ötəridir”.

Əhalinin və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə yol polisi bu cür hallara nəzarət edir və onların avtomobil yollarına çıxmasının qarşısı alınır.

Piyada: “Bu cərimədən sonra hər halda bir də olmaz”.

Tural Niftalıyev - Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru: “Son iki ay ərzində post patrul xidməti tağımından yol polisinə ezam edilmiş əməkdaşlar tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını pozan 98 piyada barəsində inzibati tənbeh tədbirləri görülmüşdür”.

Nəqliyyat sıxlığının 15%-inin piyadaların keçidlərdən istifadə etmədiyinə görə yarandığını diqqətə çəkən ekspert Elməddin Muradlı bu sahədə nəzarət sisteminin olduqca zəif olduğunu bildirib.

Elməddin Muradlı – Ekspert: “Məhz piyadalara qarşı mübarizə aparan yol patrul xidməti əməkdaşları məsələn, saat beşdən, altıdan sonra yoxdur. Biri deyir, uşaq məktəbdə gözləyir, biri deyir, uşaq bağçadan çıxdı gecikirəm. Amma polis göstəriş verəndə hamı sakit dayanır. Necə olur ki, polisin göstərişi vaxtı sənin işin çıxmır? Amma öz mənliyinə, insanlığına buraxanda başlayırsan qayda pozmağa”.

Yol hərəkəti qaydalarından düzgün istifadə edilmədiyinə görə, təkcə paytaxtda baş verən qəzaların 60%-i sərnişinlərin həyatı bahasına başa gəlir. Bir sözlə, yollarda ölməmək üçün yola çıxarkən ayıq olmaq əsas şərtdir.