Samir Oruc “kalqotka” geyinməsinin səbəbini izah etdi - VİDEO

06 Noyabr 2018 17:06

ARB TV-nin “Sayqa ilə” verilişinin növbəti qonağı müğənni Sami Oruc olub.

Müğənni Cavanşir Məmmədovla aralarında yaşanan söz-söhbətə aydınlıq gətirib:

“Müxbir dostumuz mənə dediki ki, saçın ağarıb. Dedim ki, necə həkimlər ağ xalat geyinməyə, dövlət adamları üzünü qırxmağa məcburdusa ,bizim sahə də elədir ki, özünə baxmalısan. Əslində biz özümüz özümüzün tərəfini tutmasaq, bizim tərəfimizi heç kim tutmayacaq. Hətta mən də dedim ki, öz saçıma qara rəng vurmuşam. Müxbir dedi ki, bəs niyə vurmamısan? Mən də zarafatla dedim ki, bəs Cavanşir müəllimi axtarıram rəng alam”.

Gənc ifaçı Cavanşir Məmmədovun onun haqqında “Kişi kalqotka geyinməz”açıqlamasına da aydınlıq gətirib:

“Mən “Kick boks”la məşğulam. Hər bir idman növündə, idmana gedən hər kəs bilir ki, altdan kalqotka kimi triko geyinilir, üstdən şortik geynilir. Ayaq atmaq rahat olsun deyə. Mən əlimdə boks ələcəkləri və əynimdə də o geyim olan şəkili paylaşmışam. Onu lağa tutub dedi ki, kişi kalqotka geyinməz”.