Xalq artistinin qardaşı: "Mələkxanım toyda stulun üstündə oxuyurdu" - VİDEO

06 Noyabr 2018 17:02

ARB TV-nin "Səhər-səhər" proqramının növbəti buraxılışı xalq artisti, xanəndə Mələkxanım Əyyubovanın doğum gününə həsr olunub.

Xoş söhbət əsnasında baş tutan doğum günü buraxılışında, xalq artistinin qardaşı da iştirak edib. Xanəndənin qardaşı ilk dəfə olaraq Mələkxanımın uşaqlığından danışıb:

"Mələkxanım bir mənim yox, bütün xalqın bacısıdır. O özünü xalqa elə sevdirib ki, xalq onu qardaşı kimi sevir. O, 2-3 yaşından Zeynəb Xanlarovaya baxa-baxa həvəsə gəlirdi. Mən toya gedəndə ona deyirdim ki, birdən ora gələrsən, olmaz, kişi məclisidir. Fasilədə çölə çıxıb qayıdanda görürdüm ki, Mələkxanım stulun üstündə oxuyur. Millət əl çəkmirdi. Daha heç bir şey deyə bilmirdim. Xalq sevən sənətkara, dağ bata bilməz".