“Təmir etmişdilər, yolda yandı” - DİQQƏT! Ustaları bu əmələ görə cinayət məsuliyyəti GÖZLƏYİR – VİDEO

31 Oktyabr 2018 21:02

Bəzi avtomobil təmiri sexləri qanunsuz fəaliyyət göstərir. Avtomobillərin sayının artması fonunda ustalara yaranan tələbat işbazları da hərəkətə keçirir. Belə dırnaqarası ustalar avtomobillərdə yaranan problemləri həll etmək əvəzinə əlavə problem yaradırlar. Təmir üçün müraciət edən sürücüləri çətin duruma salırlar.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Qanunsuz fəaliyyət göstərən avtomobil təmiri sexlərinin əksəriyyətində qeyri-peşəkar ustalar çalışdığından onların gördükləri işi də keyfiyyətsiz olur. 
Bu azmış kimi avtomobilini təmir etdirən sürücüyə ödədiyi məbləğin qarşılığında qəbz də təqdim olunmur.

Vilayət Zeynalov - Hüquqşünas: “Özümün maşınını Göyçayda təmir ediblər. Yolda yandı. Güclə söndürmüşük”.

Füzuli Abdullayev - Usta: “Diaqnozu dəqiq qoyub, sonra təmir işləri aparılmalıdır”.

Hüquqşünaslar bildirir ki, təmir sexlərində kassa aparatı olmalı və göstərilən xidmətin müqabilində avtomobil sahibinə qəbz təqdim edilməlidir.

Əgər avtomobilə təmir zamanı hər hansı bir zərər dəyərsə nəqliyyat vasitəsinin sahibi məhkəməyə müraciət edə bilər. Belə olan halda dəyən zərər avtomobilin təmir olunduğu sexin sahibi tərəfindən ödənilməlidir. 
Təmirin keyfiyyətsizliyi ucbatından daha ciddi bədbəxt hadisələr baş verərsə sex sahibinin cinayət məsuliyyətinə də cəlb olunması mümkündür.