“Atama görə sevmədiyim insanla da evlənərdim” – Sevil və Sevinc bacıları efirdə GÖZ YAŞINA BOĞULDU - VİDEO

30 Oktyabr 2018 19:30

“Atam kirayədə rəhmətə getdi”

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonaqları müğənni Sevinc və Sevil Səfərova bacıları olub. 

Bacılardan Sevil Səfərova övlad kimi atasına olan borclarını ödəyə bilmədiklərini deyib: 

“Təbii ki, hər valideyin istəyər ki, övladının xeyir işini görsün. Mənim atam nə bizim, nə qardaşımın toyunu, nə də nəvə gördü. Onun üçün heyifslənirəm. Biz Seva ilə ailə həyatı qursaydıq atam görərdi. Əvvələr mənə atam sağ olanda valideyininə görə ailə həyatı qur deyiləndə başa düşmürdüm. Amma bu gün zamanı geri qaytara bilsəydim, sevmədiyim adamla da ailə həyatı qurmağa razı olardım. Təki ailəm mənim xeyir işimi görə bilsin. Bu gün atamın gözü arxada qalıb. Mən hər gecə ağlayıram. Çünki ev təmirində atam hər gün deyirdi ki, mən ayın 5-i öz evimə köçəcəm. Ayın 4-ü rəhmətə getdi. Ayın 5-i də biz atamı basdırdıq. O, valideyin kimi öz borcunu yerinə yetirdi, amma biz övlad kimi borcumuzu yerinə yetirə bilmədik. Çünki mənim atam kirayədə rəhmətə getdi”.