“Gözümdən yaş axırdı ki, ailə qurmaq istəmirəm” – Xalq artistindən ETİRAF – VİDEO

30 Oktyabr 2018 19:28

Xalq artisti, tanınmış xanəndə Gülyaz Məmmədova “ARB Günəş” in “Mən məktəbli ikən” telelayihəsində məktəb illərindəki xatirələrini bölüşüb.

O, Şəki rayonunun Böyük Dəhnə kənd orta mətəbində təhsil alıb.

Xalq artisti bildirib ki, həmin dövrdə kənd yerində oxumaq asan olmadığını bildirib:

“Geniş ailə olduğumuzdan, böyük bacılarımın paltarlarını geyinirdik. Bir–birimizin paltarı ilə, çantası ilə böyümüşük”

İlk dərs gününü xatırlayan Gülyaz xanım deyib ki, uşaq vaxtı onu evdə “Gilas” deyə çağırırmışlar. Anası o birinci sinfə başalayanda digər bacılarına tapşırıb ki, məktəbdə onu öz adı ilə çağırsınlar.

Gülyaz xanım deyib ki, həmin dövrdə kənddəki qızların əksəriyyəti onuncu sinfə çatan kimi ailə qururdular:

“Onuncu sinfə çatan kimi elçilər qapını kəsdirirdi və qızları ərə verirdilər.  Bacılarımın da, mənim də gözümüzdən yaş axırdı ki, biz ailə qurmaq istəmirik. O vaxt oxumağa yaxşı baxmırdılar. Qarşıma məqsəd qoydum ki, mən oxuyacam və ailəm də mənə dəstək oldu
”.

Qeyd edək ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanır.