“O illərə qayıtmaq istərdim” - Xalq artisti –VİDEO

29 Oktyabr 2018 19:26

ARB Günəş-in “Kiçikdən-böyüyə” layihəsinin növbəti qonağı xalq artisti Nurəddin Mehdixanlı və nəvəsi Dəniz olub.

Xalq artisti nəvəsi Dənizin suallarını cavablandırarkən böyüklərin uşaqlarla davranışda çox diqqətli olmasının vacibliyini vurğulayıb.

Dənizin “Xoşbəxtlik nədir?” sualına xalq artisti belə cavab verib:

“Xoşbəxt olmaq, yaşadığın həyatda hamıya faydalı olmaqdır. Uşaqlığım çox maraqlı keçib, o illərə qayıtmaq istərdim. İstərdim ki, atamın anamın yanında olum və onlarda da mənim yanımda olsunlar”.

Qeyd edək ki, “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanır.