“Yaxşı deyirsən, amma düz demirsən” – Faiq Ağayevdən Cavanşir Məmmədova CAVAB – VİDEO

29 Oktyabr 2018 19:26

“Bu sözləri maşını ilə gündəmə gəlməyən insan desəydi...”  

ARB TV-nin “Pəncərə” verilişinin növbəti qonağı xalq artisti Faiq Ağayev olub.

O, əməkdar artist Cavanşir Məmmədovun “Yaxşı kişi maşınının qiymətini deməz, əsas odur ki, insan qiymətli olsun” sözlərinə münasibət bildirib.

Dediyi sözləri alqışladığını bildirən Faiq Ağayev, əməkdar artistin sözünü elə özünə qaytarıb:


“Sən çox yaxşı deyirsən, amma düz demirsən. Səbəbini də izah edirəm. Biz bilirik ki, Cavanşir Məmmədov zaman-zaman maşınları ilə gündəmə gəlib. Allah başından töksün, daim ruzisini bol etsin. Mən bilmirəm, hansı hadisə zamanı bunu deyib, amma yenə də bu sözləri maşını, geyimi ilə gündəmə gəlməyən insan söyləsəydi, bu daha məqsədəuyğun olardı”.