“Anam bəyənməsə, atam qəbul etmirdi” – Xalq artistinin qızı SİRLƏRİ AÇDI – VİDEO

29 Oktyabr 2018 19:24

“Şalvar geyinməyə qoymurdu”

ARB TV
-nin “Öz evimizdir” proqramında budəfə mərhum aktyor, xalq artisti Eldəniz Zeynalovun həyatından danışılıb.

Proqramda qonaq olan xalq artistinin qızı Gülbəniz Zeynalova, atasının çox qısqanc biri olduğunu deyib:

“Atama rol veriləndə evə gəlirdi. Anam ağır adam olub. Rolu anamın qabağına qoyurdu. Anamın üzündə təbəssüm yaranarsa, rolu qəbul edirdi. Gülməsə zəng edib deyirdi ki, Rəhimə bəyənmədi, qaytarıram rolu. Deyirdi ki, mənə çətin adamı güldürmək lazımdır. Evdə atam ciddi idi. Saçımı açmağa, şalvar geyinməyə qoymazdı. Qısqanc idi. Paltarları asmağa qoymurdu”.