“Xəbərim olsaydı ödəyərdim” – Bu Sürücülər CƏRİMƏLƏNƏCƏK – VİDEO

26 Oktyabr 2018 21:20

Əvvəl qayda pozarkən mütləq şəkildə elektron protokol ünvana göndərilirdi və müəyyən müddətdən sonra bu qayda pozuntusu barədə cərimə sistemə vurulurdu.
Bəzən bu məktubların ünvanlara çatdırılmasında problemlər yaşanırdı. Nəticədə bir çox cərimələr sistemə otursa da, qərarsız olurdu. Bunu görən yol polisi bu qaydalara müəyyən dəyişiklik etmək qərarına gəlib.

ARB TV xəbər verir ki, artıq qayda pozuntuları SMS şəklində də sürücülərin telefonlarına göndəriləcək.

Bundan sonra yol hərəkəti qaydalarını pozan sürücülərin mobil nömrələrinə yönəldilən sms-lər, yaşayış ünvanına göndərilən məktubla eyni hüquqda tutulacaq. Bu, yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələrdə, radar və ya kameralarda qeydə alınan qayda pozuntularına şamil edilir. 


Elməddin Muradlı – Ekspert: “İnzibati xətalar məcəlləsinin 125 – ci maddəsinə görə, sms alan sürücü elə qəbul etməlidir ki, yaşadığı ünvana məktub gətirilib verildi. Qanun məktubla sms-i eyni səviyyədə tutur. Mesajı oxuyub kənara qoymaq artıq düzgün deyil. Siz bu mesajı aldığınızda cəriməni ödəyə yaxud haqlı olduğunuz halda 20 gün müddətində cəriməyə etirazınızı bildirəsiniz”.

Əgər elektron qərar qayda pozuntusundan bir neçə gün sonra göndərilirsə, gec göndərilmiş mesaja görə sürücü cavabdeh deyil. 
Bu, qanunvericiliyin yeni tələblərinə daxildir. Cərimələr gecikdirildiyi halda məbləğə hər gün bir faiz əlavə olunacaq.

Elməddin Muradlı – Ekspert: “20 gündən sonrakı 5 gündə 10 faiz endirim olunur. 50 manat qayda pozuntusunun 45 manatını ödəyirsiz. 5 gün qanun sizə limit verir. Yəni 25 günə ödəsəniz 10 faiz güzəşt ediləcək. 50 gün müddətində cəriməni tam ödəməlisiniz. 52-ci gün artıq cərimənin üzərinə faiz gələcək”.

Yeni qaydalara əsasən sürücünün ASAN ödəniş sistemində elektron kabineti varsa həmin kabinetə də bildiriş mesajı göndərilir. Cərimələri telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi mümkündür.