“Böyüklər uşaqlara telefon yox, kitab alsınlar” - Zahid Xəlil - VİDEO

25 Oktyabr 2018 21:47

ARB Günəş-in “Kiçikdən-böyüyə” layihəsinin növbəti qonağı tanınmış pedaqoq Zahid Xəlil və nəvəsi Gülnur olub.

Balaca Gülnurun suallarına cavablandıran Zahid Xəlil maraqlı açıqlamalar verib: 

“Mən öz tələbələrimlə dostam. Aramızda 40-50 il yaş fərqi var. Amma biz bir-birimizin hər hansı qələbəsi olanda sevinclə əl sıxırıq. Yəni çalışıram ki, uşaqlarla bərabərhüquqlu  davranışlara sahib olaq. Qoy böyüklər öz uşaqlarına kitab alsınlar, telefon almasınlar! Çünki kitabda olan bilikləri heç nə əvəz edə bilməz”. 

Qeyd edək ki, “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”in efirində yayımlanır.