“Mənə olar” – Sürücülük vəsiqəsi olmayan şəxs gecə reydində SAXLANILDI – VİDEO

25 Oktyabr 2018 21:46

Binəqədi rayonunda ictimai asayişi pozan, piyadaların və digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücülər barəsində ölçü götürülməsi üçün vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında reyd keçirilib. 

ARB TV xəbər verir ki, yoxlama tədbiri zamanı avtomobili sərxoş vəziyyətdə, hətta narkotik vasitənin təsiri altında idarə edən sürücülərə rast gəlnib.

Biləcəri qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan “Ford” markalı avtomobilin sürücüsü Ziya Hüsniyev saxlanılıb. 
Yoxlama zamanı onun nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Avtomobilə Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman siqaret qutusunda gizlədilən, sürücüyə məxsus narkotik vasitə - qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb. Sürücü ilkin sorğu zamanı sükan arxasına narkotik vasitə qəbul etdikdən sonra əyləşdiyini etiraf edib. 

Ziya Hüsniyev – Sürücü: “Çəkəndən sonra idarə eləmişəm maşını”.

Onun barəsində toplanan material qərar qəbul edilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

 Reyd zamanı yol hərəkəti qaydalarını pozduğu üçün Binəqədi qəsəbəsində saxlanılan “Mercedes” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyi məlum olub. 

Sürücü: “Hoqqa çıxarmayın bu camaatın başına”.

Daha bir sürücü isə maşınını sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün saxlanılıb.

“Niva” markalı avtomobilin sürücüsü Asiman Yusifli elə danışıb ki, sanki qanunlar onun üçün deyil.

Asiman Yusifli – Sürücü: “Elədim də brat. Güya hamının sürücülük vəsiqəsi var? Mənə olar”.

Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib. Binəqədi, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.