Cavanşir Məmmədov od püskürdü: “Kişi kalqotka geyinər?” – VİDEO

24 Oktyabr 2018 18:23

Ötən həftə “Show news” verilişində Sami Orucun başına rəng qoyan kişi sənətçiləri lağa qoyub gülməsi yerli mediada uzun-uzadı müzakirələrə səbəb oldu.

ARB TV-nin “Show news” verilişinə müsahibə verən Cavanşir Məmmədov Sami Orucu yıxıb sürümək azmış kimi, müxbiri də hədələdi.

Sami Oruc atdığı sözlərin dəqiq ünvanını deməyə cürət etməsə də, onları başa düşmək elə də çətin deyildi.

Sami Oruc – Müğənni: “O sənətkarımızı görə bilmirəm soruşum ki, o boyalarının kişi üçün olanlarını haradan alırsız? 
Mən də alım qoyum. Ona görə hələlik saçım ağarır”.

Deyilən sözlər əlbəttə ki, əməkdar artist Cavanşir Məmmədova ünvanlanmışdı. Sami Orucun bu sözlərindən sonra qarşı tərəfdən ağır cavab gəldi. Sualı eşidən Cavanşir Məmmədov od püskürdü, gənc müğənnini ələ salmağa başladı:

“Məgər saça rəng vurmaq “zapadlo”du? Özü “kal
qotka” geyinir. Onu hara qoyaq? Kişi kalqotka geyinər?”.

Ünvanına deyilən sözlərdən əsəblərinə hakim kəsilə bilməyən Məmmədov danışdıqca daha da əsəbləşirdi:

“Samir əyləncə mərkəzində gitara ilə suya yıxıldı, oradan çıxardıq onu. 
Biz onları dolandırmışıq, kömək eləmişik. Ona görə deyirəm ki, gərək danışığıva nəzarət edəsən, sərhəd qoyasan. Gör, gəlib hara ilişir”.

Cavanşir Məmmədov Sami Orucdan aldığımız müsahibəyə görə müxbiri qınadı. Daha sonra müğənninin dediyi sözlər yadına düşdükcə özünə yer tapa bilməyən əməkdar artist hətta müxbiri hədələməyə başladı:

“Sami demişdi, verməyərdin. Onu deyəndə sən də cavab verərdin ki, o bizim böyük sənətkarımızdır, nə ixtiyarın var ki, onun haqqında belə deyirsən”.

Müğənni ilə telefonla danışan Cavanşir Məmmədov çox keçmədi ki, daha bir açıqlama verdi:

“Telefonda danışdım, dedi ki, mənim haqqımda heç nə deməyib, onlar özləri qurublar bunu. 
Güya mənim şəklimi qoymusuz. Düz deyir, siz eləmisiz. Mən fikrimi izah edirəm, sən isə fikirdən qaçırsan. Orada Saminin günahı yoxdur”.

Bir az sakitləşən Cavanşir Məmmədov hərdən “bəzi” müğənnilərin ondan dayaq durmamadığına görə incidiyini də bildirdi:

“Televiziya dayaq durur. Kanallar var, radio var. Mən necə dayaq durum? Misal üçün, sən oxuyursan, mən sənə necə dayaq durum? De, mən bilim. Sən hansı mahnını yazdıranda ya Firuzə xanıma, ya da mənə dedin ki, gəlin filan mahnını yazdırmaq istəyirəm, baxın düz oxuyuram, yoxsa yox? Dəstək bizim tərəfimizdən belə ola bilər
.

Cavanşir Məmmədovun qalmaqallı müsahibəsindən görüntüləri sizə təqdim edirik: