“Məni səhnəyə atam çıxardıb” – Lətifə Soyuözdən ETİRAF – VİDEO

22 Oktyabr 2018 18:33

ARB TV-nin “Düz bazar” proqramının budəfəki qonağı müğənni Lətifə Soyuöz olub.

Müğənni hər zaman övladının arxasında olacağını bildirib.

“Hansı peşəni seçsə onun yanında olacam. Mənim yanımda atam oldu. Məni səhəyə o çıxartdı, bütün işlərimdə dəstəyi o verdi. Çətin sənətdir. Ailəm özünə güvənərək dəstək oldu. Atam “Aktyorlar evi”nin sədri idi. Şou-biznesdə nə var, nə yox bilirdi. Ailəm də bu günə kimi tam arxamdadır”.