İllərdi küsülü olan Kərim və Niyam bir araya gəldi - VİDEO

22 Oktyabr 2018 18:31

“Ağır sözlər deyib”

“İnsanlıq halı deyilən bir şey var. Hər şey əladır. Bu dünya ölüm-itim dünyasıdır. Bizdən öncə böyük sənətkarlarımız bir-birlərinə ağır sözlər deyib, barışıblar. Əksinə sevinin, düşmən qalaq bir-birimizlə? Hamı sülh deyib barışsın. Ortada gəzənlər ona başqa söz, mənə başqa söz deyirdi, bizdə qıcıq yaranırdı. İndi onlar yoxdur. Guya siz sevindiz bizim barışmağımıza? Gözündən tülkülük yağır”.

Bu sözləri ARB TV-nin “Show news” proqramına açıqlaması zamanı müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Niyam Salaminarədə deyib.

İllər sonra bir araya gələn sənətçilər, barışdıqları bildirərək, bir-biriniz ünvanına xoş sözlər səsləndiriblər.

Daha sonra Niyam Salami Rəhim Rəhimli ilə münasibətinə də aydınlıq gətirib:

“Rəhimlə danışmıram hələ. Gün gələr onla da üz-üzə gələrik”.