“Elariz dərdimdən ölürdü, amma onu bəyənmədim”- Əməkdar artist - VİDEO

17 Oktyabr 2018 11:17

ARB TV-nin “Canım Sizə desin” verlişinin növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Verlişinin aparıcı, əməkdar artist Mehriban Xanlarova, müğənni ilə gənclik illərində yaşanan sevgidən söz açıb:

Özünü elə sakit aparır ki, lap ürəyim ağrıdı. Elə bil ki, universitet illərində mənə eşq-məhəbbət oxuyan bu deyildi. Dərdimdən ölürdü. Dedim adə yeri get. İndi evim-eşiyim... Sevgi olub. Mən bunu yalan demədim. Amma getmədim, bəyənmədim...”.

Elariz Məmmədoğlu isə Mehriban Xanlarovanın açıqlamasına belə cavab verib:

“Əsas odur ki, peşiman olmusan, üz-gözündən bilinir. Ev-eşik daş-divardır. Mən daş-divar deyiləm axı...”