Yardım etmək istəyi zəncirvari qəzaya səbəb oldu – GÖRÜNTÜLƏR – VİDEO

15 Oktyabr 2018 18:13

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

ARB TV xəbər verir ki, şəhərin şərq çıxışında “QAZ-53” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Yoldan keçən bir-neçə sürücü avtomobilləri saxlayaraq qəzaya düşən şəxsə kömək etmək istəyib. Bu zaman Bakı-Gəncə xətti üzrə işləyən “Mercedes” markalı avtobus qarşısındakı iki minik avtomobilinə çırpılıb. Həmin avtomobillər isə digər maşınlara dəyib.

Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmasa da, avtomobillərdə olan 51 yaşlı İlqar Əliyev, 21 yaşlı Hüseyn Şirani və 20 yaşlı Nərmin Verdiyeva xəsarət alaraq xəstəxanaya aparılıblar.

Mehman Hüseynov – Həkim: “3 nəfər xəsarət alan şəxs daxil olub. Onlardan ikisi yüngül, biri isə ağır xəsarətlər alıb. Belə ki, onun baş nahiyəsi əzilib və çoxsaylı sıyrılmış yaralarla şöbəmizə daxil olub”.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.