“Qınamayın, efirlərə gəlməyəcəm” – Elza Seyidcahandan sərt tənqid – VİDEO

15 Oktyabr 2018 18:11

ARB TV-nin “Hüseynova bacıları” verilişinin ilk buraxılışının qonağı Əməkdar artist, bəstəkar Elza Seyidcahan efirdə əsəbləşdi.

Bu nə danışıqdır ay başınıza dönüm?

Verilişin qonağı Ramin Abdullayev Mirzə Babayev
i parodiya edəndən sonra Elza Seyidcahan hərdən efirdə yaranan məqamlara öz iradını bildirdi. Sənətçini narahat edən məsələ isə bəzi aktyorların düzgün danışa bilməməsi oldu.

“Siz Mirzə Babayev kimi sənətkarları parodiya edəndə xoşuma gəlir. O deyir gəl. Amma son zamanlar “gəl” sözünə “cəl”, “cəl cedəy” deyirlər. Bu nə danışıqdır ay başınıza dönüm? Vallah, mən efirlərə gəlməyəcəm. Yetişən gənc aktyorlarımızın danışığından əsəb keçirirəm. Gör, mən əgər belə əsəbləşirəmsə, onda bizim ziyalılarımız, canlı əfsanələrimiz onlar nələr keçirirlər. Hirslənirəm, məni qınamayın”.