“Atama görə arzumu gerçəkləşdirə bilmədim” - Xalq artisti – VİDEO

15 Oktyabr 2018 18:08

ARB Günəş-in “Kiçikdən-böyüyə” layihəsinin növbəti qonağı xalq artisti Əjdər Həmidov və nəvəsi Məhəmməd olub.

Nəvəsi Məhəmmədin “Uşaq vaxtı arzuladığınız peşə hansı olub?” sualını xalq artisti belə cavablandırıb: 

Uşaq vaxtı ən böyük arzum rəssam olmaq idi. 
Amma atamın istəyinə görə bu arzumu gerçəkləşdirə bilmədim. O, mənim aktyor olmağımı istəyirdi. Atamın arzusunu ürəyində qoymayaraq bu  sənətin arxasınca getdim. Bu gün tanınıram, xalq artistiyəm. Heç də peşman deyiləm”.

Verilişdə baba və nəvə arasında maraqlı söhbət olub. Balaca Məhəmməd babasına sürpriz edib.

Belə ki, o gələcəkdə aktyor olmaq istədiyini ilk dəfə olaraq “Kiçikdən-böyüyə” verilişində babasına söyləyib. Xalq artisti Əjdər Həmidov nəvəsinin bu açıqlamasına çox sevinib. 

Qeyd edək ki, Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”in efirində yayımlanır.