İcazəsiz zəbt olunan eyvanlar – VİDEO

11 Oktyabr 2018 21:22

Az qala binanın eni qədər irəli çıxarılan eyvanlar. 

ARB TV xəbər verir ki, eyvanların küçəyə çıxarılması həm qanunsuz, həm də təhlükəlidir.

Paytaxın Nərimanov rayonunda diqqətimizi binan
ın 4-cü mərtəbəsi daha çox çəkdi. Burada yaşayan sakin eyvanını artırmayıb. O, evin sahəsini 2-3 dəfə böyüdüb. Sualımıza cavab almaq üçün dördüncü mərtəbəyə qalxdıq və “Eyvanı kimin icazəsiylə artırmısız?” sualına cavab belə oldu.

Sakin: “Xanım mən ev yiyəsi deyiləm. Evin yiyəsi gələndə danışarsız”.

Biri ev yiyəsi deyil, digəri ümumiyyətlə evdə deyil. Pəncərəyə yaxınlaşdıq amma bu da uğursuz oldu. Yasamal rayonu ərazisində özünü Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi kimi təqdim edən şəxs isə aidiyyatı qurumları səhv saldı. “İcazə kimdən alınıb bu tikinti üçün?” sualına bu şəxsin cavabı belə oldu:

“Sənin şirkətin mən nə bilim”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Telefon danışığı: “Xanım mən növbətçiyəm, məsələyə münasibət bildirə bilmərəm. Bizim icra başı məzuniyyətdədir”.

Nüsrət İbrahimli – Ekspert: “Təsəvvür edin ki, eyvan çıxarılıb, onun altında da borudan dirək basdırılıb. Bir avtomobil gəlib o dirəyə dəysə balkon gələcək aşağı. Ətrafdakı insanlara da xəsarət yetirəcək. Ona görə də bu hallar qəti yolverilməzdir”.

Mütəxəssislər deyir ki, binalara əlavələr öncədən layihələndirilməli və müvafiq qurumlardan müsbət rəy alınmalıdır. 
Əks halda eyvanların artırılması qanunsuz sayılır. Bəs gözdən uzaq yerlərdə daşı daş üstə qoymaq mümkün olmadığı halda şəhərin mərkəzində binalara bu cür əlavələri qanuni edən kimlərdir?