İşimizi asanlaşdıran taksafonlardan hər cür istifadə edilir – VİDEO

10 Oktyabr 2018 18:09

Paytaxtda gediş-gəlişin çox olduğu yerlərdə, metro yaxınlığında taksafonlar quraşdırılıb.

ARB TV xəbər verir ki, taksafonlardan telefon və ya internetə giriş üçün istifadə etmək olar, amma əfsuslar olsun ki, bu yerlər marşrut avtobuslarının dispetçer mərkəzi, zibil qabı, görüş yeri, istirahət guşəsi, hətta təbii ehtiyacların ödənilməsi nöqtəsi kimi istifadə olunur.

Bir zamanlar taksafonlara böyük ehtiyac var idi. Xüsusilə Sovet dövründə yaşayanlar yəqin ki, taksafon parklarını yaxşı xatırlayırlar. Amma zaman dəyişdikcə təbii ki, təlabat da dəyişdi. Yavaş-yavaş taksafonlar da sıradan çıxdı, taksafon parkları da. Cəmiyyətin istəyinə, texnoloji inkişafa uyğun yeni telefon-internet köşkləri küçələri bəzədi. Lakin onlardan da təyinatına görə istifadə edilmir. Köhnə taksafonların isə yarısı işləmir, işləyənlər də müasir tələblərə uyğun deyil.

Sakin: “Müasir dövrdə hamının əlində telefon var. Balaca uşaqdan tutmuş, böyüyə qədər”.

Sakin: “Əl telefonum varsa taksafonu neyləyirəm?”

Taksafonlardan zibillik, istirahət və başqa məqsədlərdə istifadə edilir. Bu yerlərdən hətta çayxana kimi də istifadə edirlər.

Sakin: “Bu millətimizin malıdır. Bunu bizim üçün qoyublar bura. Ona görə də buranı belə günə salmaq düzgüm deyil”.

Sakin: “Metroda olanlar yaxşıdı. Küçələrdəki elanlarla doludur”.

Bir çox ərazidə quraşdırılan multimedia taksafonları da yararsız hala salındığından köşklərdən yığışdırılıb. Halbuki, taksafonların işlək halda olması əhalinin işini asanlaşdırar.