Maşın körpüdən aşdı – 2 nəfərin öldüyü DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO

09 Oktyabr 2018 19:03

Qəbələdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. 

ARB TV xəbər verir ki, Həmzəli kəndində “VAZ” markalı minik avtomobili körpüdən aşıb. 

Hadisə yerinə cəlb olunan FHN-in şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü, 31 yaşlı Qulu Əzimovun və sərnişini 23 yaşlı Vüqar İmanovun meyidini deformasiyaya uğrayan maşından çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Polis faktı araşdırır.