Sərnişin daşıyan mikroavtobus aşdı – 6 yaralının olduğu DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO

08 Oktyabr 2018 21:40

Lənkəran rayonundan Bakıya gələrkən paytaxtın Qaradağ rayonu ərazisində aşıb. 

ARB TV xəbər verir ki, hadisə nəticəsində 1 uşaq, 2 qadın olmaqla 6 nəfər xəsarət alıb.  

Yaralılardan biri Respublika Kliniki Xəstəxanasına, 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Xəsarət alanlardan reanimasiya şöbəsinə yerləşdirilənlər də var. 

İlkin məlumata görə hadisəyə səbəb yüksək sürətlə hərəkət edən mikroavtobusun şininin partlaması olub.