“Sən mənə dünən lazım idin” - Rəmiş bir paket pulu maşından çölə səpdi - VİDEO

08 Oktyabr 2018 19:31

ARB TV-nin “Düz bazar” proqramının növbəti qonaqlarından biri xalq artisti Rafiq Hüseynov (Rəmiş) olub.

Proqramda qonaq olan digər sənətçi Aşıq Namiq Rəmişin başına gəlmiş maraqlı əhvalatı danışıb:

“Rəmişə pul lazım olub, günboyu axtarıb tapa bilməyib. Sabahısı gün gedib 1 paket pul alıb. Atıb çölə ki, sən mənə dünən lazım idin”.

Gitaraçı Rəmiş Əlavə edərək bildirib ki, pulu maşından küləyə atırdım.

Həmin görüntüləri təqdim edirik: