Ərəblərin kirayə qaldığı ev yandı: 1 ölü, 6 yaralı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

08 Oktyabr 2018 19:30

Hadisə Qəbələnin mərkəzində yerləşən evlərdən birində baş verib.

ARB TV xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, ailənin 6 üzvü xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın lokallaşdırılıb.

Yanğın zamanı Küveyt vətəndaşı, 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb.
Evdə olan digər Küveyt vətəndaşları – 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed  Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.