“Nə qədər yuva dağıtmışam” - Niyam Salami - VİDEO

08 Oktyabr 2018 19:24

ARB TV-nin “Kim var, Kim yox?” verilişinin növbəti qonağı müğənni Niyam Salami olub.

Müğənni yaş artdıqca insanın çox şeyi dərk etdiyini qeyd edib:

“Küçədə ac olan heyvanlar var. Onsuz nəyisə götürüb zibilə atacaqsan, ac olan heyvanlar var, nə olar, atma. Küçədə sınıq budaq da görsəm, bilsəm ki, düzətsəm düzələr, gedib onu düzəldirəm. Sadəcə tənbəllik etmirəm. O da yaş keçdikcə məndə olur. Elə insan var deyirlər ki, dələduz olur, sözə qulaq asmır. Biraz keçdikdən sonra yaş özünü göstərir. Mən də gəncliyimdə, məktəbdə oxuyanda, nə qədər yalan danışmışam, günah işlətmişəm, qarışqa öldürmüşəm, heyvan yuvası dağıtmışam. Uşaqlıqda qanmırsan. Sonra yavaş-yavaş deyirsən ki, olmaz. Gərək insanın həyatında tormoz deyilən bir şey olsun”.