100 dil bilən azərbaycanlı poliqlot – VİDEO

05 Oktyabr 2018 19:14

Emin Azərbaycanlının ən çox dil bilən şəxsi hesab edilir. Səlist yazıb danışdığı dillərin sayı nə, az nə çox, düz 25-dir. Amma ümumi dil bilikləri 100-ə yaxındır. Emin bu dilləri 24 ilə öyrənib.

ARB TV-nin “Günə doğru” proqramı bununla bağlı maraqlı süjet hazırlayıb. 

O, ən çox vaxtını çin dilini öyrənməyə həsr edib. Bütün dilləri özünün üslübu ilə mənimsəyib.

Dillərin ümumi üslubunun eyni eyni olduğunu deyən müsahibimiz, bu özəlliklərdən istifadə edərək dünya dillərinin azərbaycanca rahat öyrənilməsi üçün xüsusi metodika üzərində çalışır.

Emin Quliyev – Poliqlot: “İnsanlara verdiyim fayda odur ki, heç bir ev tapşırığı etmədən, il yarıma öyrənə biləcəkləri dil biliklərini, 20 günə əldə edə biləcəklər” 

Poliqlot dil öyrənməyin də istəkdən asılı olduğunu deyir. Yaxın gələcəkdə isə, türk dilləri lügətini yaratmaq istəyir.