“Fatiməyə dəstək oldum, dedim sən də qabağa get” - Nazilədən qalmaqallı AÇIQLAMA - VİDEO

05 Oktyabr 2018 19:12

“Sanki hamının Fatiməyə borcu var”

“Əslinə kökünə söykənməyən, xınanın dərinliyinə vara bilməyən, xınanı sadəcə qazanc məqsədi ilə istifadə edən insanı məclisə aparmaq düzgün deyil. Hər insanın öz müştərisi var. Elə insan var ki, onun xına ilə əlaqəsi yoxdur amma güclü reklamlar edir və insanlar inanır ki, bu yaxşıdır”.

Bu sözləri ARB TV-nin “Show News” verilişininə açıqlaması zamanı şairə Nazilə Səfərli deyib.

O, daha sonra rəqqasə Fatiməyə dəstək olduğunu da bildirib:

“Fatimə xanıma dəstək olmuşam. O birinci dəfə rəqqasə Fatimə olaraq xonça dükanı açdı. Mən  xeyirli olsuna getdim. O zaman mən xına mərasimlərində var idim, Fatimə xanım isə rəqqasə idi. Ona dedim ki, sənə dəstək olum. Sənin dükanında mən xınamın reklamını çəkim, sənin dükanının reklamı getsin və sən də qabağa get. Mənə biri belə etsə idi, hər gün ona dua edərdim. Sanki belə olmalı imiş, hamının ona borcu varmış”.

Nazilə Səfərlinin bu sözlərinə cavab olaraq isə rəqqasə Fatimə Fətəliyeva ondan heç nə öyrənmədiyini deyib:

“O adam haqqında danışmıyaq. Mənə maraqlı deyil onların fikirləri. Heç kim deyə bilməz ki, mən Fatiməni öyrətmişəm. Nazilə xanım sonra gəlib”.