Efirə gələn müğənni ilanı görüb səhnədən qaçdı – VİDEO

04 Oktyabr 2018 18:31

ARB TV-nin “100/100” verilişinin növbəti buraxılışında maraqlı an yaşanıb.

Belə ki, proqrama qonaq olan rəqqasə Rəna Ağamuradova (Renka) çiyinlərində səhnəyə gətirdiyi ilanla rəqs etdikdən sonra studiyada əyləşmək istəyib. Bunu görən Türkiyəli müğənni Adil Karaca yerindən duraraq səhnədən qaçıb.

Daha sonra müğənni açıqlamasında, uzun müddətdir ki, ilanlardan qorxduğunu və həmişə onlardan uzaq gəzdiyini bildirib.